logo

"Topaz" müştərilərə müraciət etdi - Video

"Topaz" müştərilərə müraciət etdi - VideoAzərbaycanın yeganə rəsmi bukmeyker şirkəti “Topaz” yaranan texniki problemlərlə bağlı mediaya müraciət edib. Topaz bildirib ki, sistem texnologiyalarının müvəqqəti nasazlığı ilə bağlı bəzi texniki problemlər yaşanıb. Onlar operativ şəkildə aradan qaldırılsa da narazıçılığa səbəb olublar. Məsələyə aydınlıq gətirmək üçün Topaz hər hansı bir texniki qüsurlar yarandığı halda məsuliyyəti üzərinə götürdüyünü təsdiq edir.

Startv.az xəbər verir ki, bunu “Caspiantech” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Ruslan Ağayev bildirib.

“Bütün yazılan kuponlar MBNP tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığına görə dövlət tərəfindən təmin olunur, o üzdən Topaz narahatlıq üçün heç bir səbəb olmadığına və bütün ödənişlərin həyata keçiriləcəyinə zəmanət verir. Gələcəkdə hər hansı bir texniki problem yaşanarsa, biletlər manual şəkildə dəyərləndiriləcək və mərc oyunları qaydalarına əsasən bütün uduşlar ödəniləcək”.

“Topaz” yaranan narahatlığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

“Caspiantech” QSC (daha öncə “Azərinteltek” QSC olub) Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib və ticarət nişanı olan "TOPAZ" 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. "TOPAZ" markası yarandığı dövrdən bu zamanadək bir çox layihələr üzərində çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr verib.