logo

Pərvizlə Türkan niyə ayrılıb?

Pərvizlə Türkan niyə ayrılıb?

Pərvizlə Türkan niyə ayrılıb?

Duetləri ilə populyarlıq qazanan meyxanaçı Pərviz Bülbülə ilə müğənni Türkan Vəlizadənin ayrılma səbəbi məlum olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Hər şey daxil” proqramında məlumat verilib.

Verilişdə qonaq olan Pərviz Türkandan uzaqlaşmağına aydınlıq gətirib:

“15 illik dostumun məclisinə gəlmədi. O oğlan mənim üçün canından belə keçər. Mənim üçün dostluq önəmlidir. Dostum mənə heç nə demədi. Özümün pərt olmağım bəs idi. Dərindən analiz etdim. Mən tutarlı səbəb bilsəydim, belə qərar verməzdim”.