logo

Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 27 illiyi tamam olur

Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 27 illiyi tamam olur

Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin qurulmasının 27 illiyi tamam olur

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 27-ci ildönümü tamam olur.

“Report”un Gürcüstan bürosu xatırladır ki, iki ölkə arasında diplomatik əlaqələr 18 noyabr 1992-ci il tarixində yaradılıb.

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb. Dursun Həsənov 2017-ci ilin yanvarından Azərbaycanın qonşu ölkədəki, Zurab Pataradze isə 2018-ci ilin avqustundan qonşu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Pərviz İsmayılzadədir.

Gürcüstanın Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulluğu isə 2013-cü ildə açılıb. Gürcüstanın bu şəhərdəki Baş konsulu Nikoloz İaşvilidir.

Ölkələr arasında imzalanan sənədlərin sayı 100-dən çoxdur.