logo

Azərbaycana səfər edən britaniyalı turistlərin sayı 23 faiz artıb

Azərbaycana səfər edən britaniyalı turistlərin sayı 23 faiz artıb

Azərbaycana səfər edən britaniyalı turistlərin sayı 23 faiz artıb


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana Böyük Britaniyadan 32 min turist səfər edib.

Startv.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 23.5 % artıb.

Qeyd edək ki, 2019-cu il ərzində ötən illə müqayisədə ölkəmizə səfər edənlərin sayında 10.9 % artım müşahidə olunur.

Hazırda Azərbaycan nümayəndə heyəti Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Londonda keçirilən "Dünya Səyahət Bazarı" ("World Travel Market") sərgisində iştirak edir.

4-6 noyabr tarixlərində keçirilən sərgidə Azərbaycan 12 turizm şirkəti ilə təmsil olunur.

Xatırladaq ki, 2018-ci ildə baş tutan "Dünya Səyahət Bazarı" sərgisində Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün ilk genişmiqyaslı təqdimatı keçirilmişdi.

Azərbaycan 2002-ci ildən etibarən "Dünya Səyahət Bazarı" sərgisində iştirak edir.

1980-ci ildən bəri hər il keçirilən sərgiyə 182 ölkədən 5 min iştirakçı və turizm sənayesinin 51 mindən çox nümayəndəsi qatılır.