Abşeronda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə hadisə şahidləri Startv.az-in “qaynar xətti”nə məlumat veriblər.
Verilən məlumata görə, Bakı-Sumqayıt yolunda, Masazır körpüsünün üstündə “Mercedes” markalı avtomobil orta yaşlı kişini vurub.
Piyadaq hadisə yerində ölüb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Ölən şəxsin kimliyi araşdırılır.
