logo

Nəriman Hacıyev Sloveniyada saxlanıldı

Nəriman Hacıyev Sloveniyada saxlanıldı

Nəriman Hacıyev Sloveniyada saxlanıldı
Dağıstanın keçmiş informasiya və mətbuat naziri Nəriman Hacıyev Sloveniyada saxlanılıb.

Startv.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “İnterfaks” öz mənbələrinə istinadən yayıb. Hazırda Rusiyanın Hacıyevin ekstradisiyası üçün Sloveniya ilə müzakirələr apardığı vurğulanıb.

Qeyd edək ki, Nəriman Hacıyev 2012-2013-cü illərdə nazir vəzifəsini icra edib. O, 2014-cü ildə beynəlxalq axtarışa verilib. Buna səbəb büdcə vəsaitlərini talan etməsiylə bağlı ona qarşı irəli sürülən ittihamlardır.