logo

Milli QHT Forumu

Milli QHT Forumu

Milli QHT Forumu

Milli QHT Forumu
“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri və Milli QHT Forumun Bələdiyyə İnkişaf Mərkəzinin rəhbəri Lyudmila Xəlilova bildirdi ki,
29 sentyabr – 05 oktyabr 2019-cu il tarixdə “Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı Bakida Azərbaycan Günləri keçirdi. Avrasiya məkanında fəaliyyət göstərən bir neçə QHT ilə yanaşı Azərbaycan Milli QHT Forumu Assambleyanın üzvü seçilib və birgə əməkdaşlıq üzrə sazişi imzalayıb. Hesab edirəm ki, bu təmsilçilik son zamanlar Milli QHT Forumun əldə etdiyi ən böyük nailiyyətdir. Mən bu münasibətlə təbrik edirəm ilk öncə Forumun rəhbərini hörmətli Rauf Zeynini (müəllimi ) və Forumun bütün üzvlərini və produktiv, uğurlu fəaliyyət arzu edirəm.
Qeyd edək ki, “Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı 27 May 2017-ci il tarixdə Moskvada keçirilən və qitənin 67 ölkəsindən 2500-dən çox nümayəndənin iştirak etdiyi Avrasiya Xalqları Assambleyasının Birinci Qurultayında təsis edildi. Avrasiya qitəsində inteqrasiyanın inkişafında və möhkəmlənməsində, planetin ən sıx məskunlaşdığı bölgənin gələcək xalqları üçün möhkəm zəmin yaratmaqda vətəndaş cəmiyyətinin və xalq diplomatiyasının rolunu dərk edən Konqres iştirakçıları Beynəlxalq Qeyri Hökümət Təşkilatları İttifaqının "Avrasiya Xalqları Məclisi" nin yaradılmasını sosial inteqrasiya modelinin həyata keçirilməsinin perspektiv formalarından biri adlandırdılar. Məclisin diqqıti cəlb edən embleminin çox maraqlı təsviri var. O iki bərabər, simmetrik şəkildə əks olunmuş, mavi və sarı rəngin iki qanadını simvollaşdırır. Mavi rəng Avropanın simvoludur. Sarı (qızıl) rəng Asiyanın rəmzidir. Bu rənglərin kəsişməsi yaşıl rəng verir - yeni başlanğıcların simvolu, həyatın canlanması və yenilənməsini xarakterizə edən, insanın təbiət və bütün dünya ilə birliyini əks etdirən bir rəngidir.
Avrasiya Xalqları Assambleyası sülhməramlı fikirlərin qəbul edilməsi və qonşuluq, işgüzar münasibətlərin gücləndirilməsi istiqamətində qeyri-hökumət təşkilatlarının və işgüzar cəmiyyətlərin səylərini birləşdirmək üçün bir platformadır. Burada “Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqının əsas fəaliyyətinin xalq diplomatiyasının vacib bir vasitəsi kimi daha da inkişaf etdirilməsi və çoxqütblü dünyanın formalaşmasında, çoxşaxəli, çox formatlı iş təcrübənin toplanması və yaradıcı şəkildə istifadə edilməsində vətəndaş təsisatların rolunun artırılmasıdır.
Avrasiya xalqlarının geniş konsolidasiyasına ehtiyac barədə tezis özü yeni deyil. Onun populyarlaşmasında milli səviyyədə yaradılan belə strukturlar xüsusi rol oynamışdır:
Milli QHT Forumu Avrasiyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla səmərəli əlaqələr qurub, əməkdaşlığın genişləndirərək meqalayihələrə imza ata bilər. Avrasiyaya inteqrasiya proseslərinin gücləndirilməsi və xalq diplomatiyası vasitəsilə sülhməramlılığın təbliği çox əhəmiyyətlidir. Mədəni-humanitar və iqtisadi əməkdaşlığın, millətlərarası və dinlərarası dialoqun genişləndirilməsi, biznes tərəfdaşlığın inkişafı, yeni işgüzar əlaqələrin qurulması, təcrübə mübadilələrin təşkili geniş dialoqa və qarşılıqlı fəaliyyətə zəmin yaradır.
Milli QHT Forumu

Milli QHT Forumu