logo

BVF: Dünya borcu rekord məbləğə - 188 trilyon dollara çatıb

BVF: Dünya borcu rekord məbləğə - 188 trilyon dollara çatıb

BVF: Dünya borcu rekord məbləğə - 188 trilyon dollara çatıb

Dünya borcunun (həm dövlət, həm də özəl) ümumi həcmi rekord 188 trilyon dollara və ya dünya ümumdaxili məhsulun 230 faizinə çatıb.

Startv.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun sərəncamçı-direktoru Kristalina Georgevna Vaşinqtonda keçirilən Jak Polak adına XX konfransın açılışında çıxış edərkən bildirib. Onun sözlərinə görə, dünya borcunun artmasının əsas faktoru özəl sektordur. Hazırda ümumi borcun təxminən 65 faizi həmin sektorun payına düşür.

"İnkişaf edən ölkələrin dövlət borcu son dəfə 1980-ci ilin borc böhranı zamanı müşahidə edilən səviyyədədir. Son beş ildə aşağı gəlirli ölkələrdə borcun kəskin artması müşahidə edilir”, - deyə Kristalina Georgevna bildirib.