logo

“Kürdlərdən İrana qarşı istifadə edirik” – İsrail

“Kürdlərdən İrana qarşı istifadə edirik” – İsrail

“Kürdlərdən İrana qarşı istifadə edirik” – İsrail

“Suriyalı kürdlərə kömək edirik”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail xarici işlər nazirinin köməkçisi Tsipi Xotoveli deyib.

İsrailli diplomat ölkəsinin suriyalı kürdlərə bölgədə İrana qarşı tarazlıq yaratmaq üçün kömək etdiyini, habelə kürdlər və ABŞ arasında dialoq qurmağa cəhd etdiyini açıqlayıb:

“İsrail çox sayda diplomatik kömək tələbi alıb. Kürdlərin üzləşdiyi dərin problemləri başa düşürük və biz onlara fərqli kanallarla kömək edirik”.

Edilən köməyin detalları barədə şərh verməyən Xotoveli Qərbyönümlü suriyalı kürdlərin müdafiə olunmasının İsrailin maraqlarını əks etdirdiyini bildirib:

“Suriyanın şimalındakı kürdlərin bölgədən çıxması İsrailə təhlükə vəd edir. Bu vəziyyətdə İranın təsir dairəsində olan qüvvələr güclənir”.